FİRON – qədim Misir hökmdarlarının

adıdır. Onlardan bəziləri Quranın bir-neçə yerində anılmışdır (7: 103). Quranda adı çəkilən Firon isə özünü tanrılaşdıraraq Musa peyğəmbər və onun xalqını ağır təqiblərə məruz qoymuşdur. Həmin Firon Musanı peyğəmbər kimi tanımamış, ona inam gətirənləri Misirdən çıxmağa məcbur etmişdir. Ancaq sonda Firon möcüzə ilə dənizdə boğulmuşdur. O an bağışlanmasını Allahdan diləsə də, Allah onu bağışlamamışdır.
FİRDÖVS
FİTRƏ
OBASTAN VİKİ
Qədim Misir
Qədim Misir — Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında yerləşən qədim dövlətdir. Bu ölkənin ərazisindən Aralıq dənizinə tökülən uzun Nil çayı axır. Misirlilər Nili "Böyük çay" adlandırırdılar. Dövlətin tarixi 6 hissəyə bölünür: Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800) Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Cahi (Qədim Misir)
Cahi və ya Dcahi (q.misir ḏhj, ḏꜣhy) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad. Alimlərə görə, vilayət təqribən indik İsrailin Aşkelon şəhərindən Livana, həmçinin Qalileyaya qədər uzanırdı.
Qədim Misir dili
Misir dili — Afroasiya dillərinin ayrıca bir qolu. XVII əsrdən ölü dil hesab olunur. Misir əlifbası ilə yazılmış ilk abidələri e.ə. IV əsrin sonuna III əsrin əvvəlinə təsadüf edir. Öz inkişaf dövründə misir dili hiss olunacaq dərəcədə dəyişiklərə məruz qalmışdır. Misir dilinin inkişafının əsas mərhələlərini aşğıdakı kimi vermək olar: əski Misir dili (bizim eradan əvvəl 32-22-ci əsrlər); orta Misir dili (bizim eradan əvvəl 22-14-ci əsrlər); yeni Misir dili (bizim eradan əvvəl 14-7-ci əsrlər); demotik Misir dili (bizim eradan əvvəl 17-ci əsr - bizim eranın 5-ci əsri). Qibti dili — Misir dilinin inkişafının axırıncı mərhələsi olmuşdur.
Qədim Misir dini
Qədim Misir dini — Misirdə xristianlığın qəbul edilməsinə qədər yayılmış inanclar və ibadətlər O zaman Misirdə çox sayda regional tanrılara və inancları sitayiş etmişlər. Ancaq müəyyən zamanlarda ümumi dinə bənzər inanclar da olmuşdur. Ümumiyyətlə Misir dini politeistik olmuşdur. Bəzi misirşünaslara görə bir zamanlar orada monoteistik inac da olmuşdur. Ayrıca məqalələrdə verilmişdir: Qədim Misir tanrıları Qədim Misir tanrılarının siyahısı Mirir dinində yaradan və ölüb-dirilən tanrılar da olmuşdur. Onlar haqqında ayrıca məqalələr: Xnum Osiris Ptah Əski misirlilərin inanclarına görə, bu dünyadakı həyat ölümlə bitmir, məzarda davam edir. Buna görə də onlar ölülərin bədənlərini mumyalayaraq çürüməkdən qorumağa böyük önəm verirdilər. Bundan başqa, onlar ölülər üçün geniş məzarlar qazmış, oraya yeyəcəkləri, məişət əşyalarını qoyurdular. Məzar bağlandıqdan sonra ölünün orada dirilib bütün bunlardan yararlandığını sanırdılar. Daha sona ölülərin ruhlarının (BA-larının) məzarlardan çıxması, tanrıların yanına qalxmaları, yeraltı dünyada gəzməsi inancları yaranmışdır.
Qədim Misir memarlığı
Qədim Misir memarlığı — dünya memarlığı xəzinəsinin ən erkən töhfələrindən biri sayılır. Bu zamana qədər heç bir tarixi ərazidə saysız-hesabsız və monumental qurğular yaradılmamışdır. Dünyada ən qədim memarlıq və təsviri incəsənət örnəkləri Şərq dövlətlərinin ərazisində, ilk əvvəl Qədim Misirdə yaranmışdır. Digər xalqlar hələ tarixdən əvvəlki inkişafın mərhələsində olduğu zaman misirlilər artıq yüksək və inkişaf etmiş incəsənət əsərlərinə malik idilər. Memarlığın tarixi Qədim Misirdən başlanır. Qədim Misir ərazisində tikilmiş nəhəng piramida və məbədlər daşdan, qranitdən yonulmuş sfinkslər (əcayıb yarıminsan, yarışir heykəllər) Qahirə, əl-Üqsür, Teben, Əsvan şəhərlərində bu günə kimi qalmaqdadır. Bir çox qədim Misir şəhərləri günümüzə qədər gəlib çıxmamışdır. Buna əsas səbəb həmin şəhərlərin Nil çayının sahilində, daşqın zonasında yerləşməsi olmuş, nəticədə çox şəhərlər batmış, və ya ciddi zədələnərək sonda məhv olmuşdur. Yeni şəhərlər köhnələrin yerində tikilirdi, buna görə qədim şəhərlər məhv edilirdi. Ancaq Qədim Misirin quraqlıq iqlimi çiy kərpicdən (yarımfabrikatın) olan Deir al-Madina, Kaxun kimi yaşayış məntəqəsində ki, tikililər, Orta padşahlıq (müasir Al-Laxun), Buxen və Mirqissedə olan qala tikintiləri və onların qalıqları qalmışdır.
Qədim Misir mifologiyası
Qədim Misir mifologiyası — Qədim Misirdə Xristianlığa qədərki dövrdə etiqad edilən dini baxışların məcmusu. Misir mifologiyasında əsas elementlər doğum, ölüm, yenidən canlanma, və bərəkət idi. İnsanlar tayfaların hamisi hesab olunan heyvana - totemə sitayiş edirdilər. Ona görə də tanrılar təsvir olunarkən heyvan bədənlərinin hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə olunurdu. Bir çox tanrının boyundan aşağısı insan, başı isə müxtəlif heyvan başı (çaqqal, meymun, timsah, aslan və s.) şəklində təsvir olunurdu. Tanrılar insanlar kimi təsəvvür edilirdi. Onlar yeyir, içir, müharibə edir, ovçuluqla məşğul olurdular. Tanrılar arasında kəskin ierarxiya mövcud deyildi və daha çox hakimiyyətdə olan firona görə dəyişirdi. Misir mifologiyasında adlar çox mühüm idi. Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir.
Qədim Misir mədəniyyəti
Qədim Misir mədəniyyətinin yaranmasında coğrafi amillərin böyük rolu var. Afrikanın şimal-şərqində səhra ilə Qırmızı dənizin arasında Nil vadisi uzanır. Nil Qədim Misirin inkişafında böyük rol oynayıb. Misirdə elm, kənd təsərrüfatı, bütövlükdə iqtisadiyyat, hətta din belə Nil ilə bağlıdır. Minillər ötsə də, Misirdə həyat elə yarandığı yerdə — Nilin deltasında cəmlənmişdir. Ölkənin qalan ərazilərində yaşayış yoxdur. Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri hesab olunurdu. Sivilizasiyaya uyğun dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz mövcudluğunu qorumuş və digər ölkələrə də təsirini göstərmişdir. Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur. Təbabət və digər elm sahələrini çox inkişaf etmişdi.
Qədim Misir ordusu
Qədim Misir ordusu — haqqında erkən səltənət dövründə bir məlumat yoxdur. Qədim səltənət dövründə hərbi idarə başqa bir məmura tabe idi. Onu, adətən hərbi rəis adlandırırdılar. Piyada ordu növü mövcud idi. Döyüşçülər ox, yay və qısa xəncər ilə silahlanmışdılar. Eyni zamanda gənclərdən ibarət xalq qoşunu təşkil olunmuşdu. Hərbi idarə bütövlükdə fironun əlində cəmləşmişdi. Orta səltənət dövründə Misir hiksosların hakimiyyəti altında idi. Hiksoslar döyüşlərdə cəng arabasından istifadə edirdilər. Cəng arabasına atlar qoşulurdu.
Qədim Misir tanrıları
Qədim Misir tanrıları qədim Misirdə insanların ibadət etdikləri tanrıları olmuşdurlar. Əski Misir ənənəsində çoxlu sayda tanrılar olmuşdur. Günümüzdə bunları "ruhlar" ya da "tanrı gücləri" adlandırırlar. Onların sayı 2000-dən artıq olsa da, çoxusunun bir biri ilə bənzərlikləri olmuş, bütün ölkədə yayılmışdırlar. Bu çoxluğun səbəbi Misirin çoxlu bölgələrdən ibarət olduğunda idi. Onlara "nom"lar deyilir. Bir ölkə olmamışdan öncə onların hamısı müstəqil olmuşdurlar. Hər bir nomun öz xalqı və tanrıları olmuşdur. Öncə heyvanlar tanrılaşdırılıb, sonra isə insan görkəmini alırdılar. Buna görə bütün tanrıların iki cəhətləri olmuşdur.
Qədim Misir təqvimi
Qədim Misir təqvimi — adından göründüyü kimi Misirdə tərtib edilmiş ən qədim təqvimlərdən biri. Bu təqvimə əsasən il 3 mövsümdən hər mövsm isə 4 aydan ibarətdir. Daşqınlar mövsümü Axet; Məhsul mövsümü Peret Qızmar mösvüm Şemu Qədim misirlilər mövsümləri kənd təsərüfat işlərinə və təbiət hadisələrinə görə adlandırılmışdırlar. Adətən "Oyanış" ("əkin") mösümündə şumlama, əkin işləri, "Quraqlıq" ("yığım") mövsümündə məhsulun yığımı aparılırdı, "Daşqın" mövsümündə Nil çayı nehrindən çıxar və ətraf əraziləri su basardı. Təqvimə görə ər ay 30 gündən, il isə 360 gündən ibarət olsa da qədim misirlilər ilin həqiqətdə 365 gündən ibarət olduğunu da bilirdilər. Bu məqsədlə qalan 5 günü onlar ilin son ayına əlavə etmişdilər. Bu günlər q.misir Hrj.w-rnp.t - Herui-renpet adlandırılırdı ki, mənası ildən kənar ya il üstü günlər deməkdir. Bu günlərin hər biri tanrılar: Osiris, Hor, Set, İsida, Neftidanın doğum günləri sayılırdı. Bəzən təqvimdə ilk ayı tepi (q.misir tpj - "birinci"), sonuncu ayı isə arki (q.misir arky - "sonuncu") adlandırılırdı. Qədim padşahlıq dövründən etibarən, ilk hökmdardan başlanaraq təqvim tərtibini tapmışdır.
Qədim Misir ədəbiyyatı
Qədim Misirdə bədii ədəbiyyatın əsasında şifahi xalq yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim misirlilər üç min il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar əsasən əkinçi həyat tərzini, dünyagörüşünü əks etdirirdi. Belə nağıllarla yanaşı fironlar və əyanlara həsr edilmiş nağıllar da geniş yayılmışdı. Fironlar üçün onların sevdiyi nağıllar yazılırdı və adətən mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl vasitəsilə müdrikliyi, humanistliyi tərənnüm edir, sadə insanların əqlini, mübarizliyini, dönməzliyini göstərməyə çalışırdılar. Belə nağıllardan "Gəmi qəzasına uğrayan adam", "Düz və əyri haqqında nağıl", "Firon Xufu və cadugərlər", "İki qardaş haqqında nağıl" və s. göstərmək olar.
Qədim padşahlıq (Misir)
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Teti (firon)
Teti (e. ə. XXIV əsr – təq. e.ə. 2300) — Köhnə Padşahlıqnın VI sülalənin ilk hökmdarı.Təxminən e.ə 2347-2337 illər aralığında hökmdarlıq etmişdir. Şəxsi ad: Teti Horus adı: Hr Sehetep Tavi Nebti adı: Sehetep Nebti Qızıl Horus: Hr nebu sema Yunan dilində adı: Othoes Teti, kralın anası Seşeşetin oğludur.
Fars dövrü (Qədim Misir)
İran Misiri və ya Fars Misiri — İran dövlətlərinin Misir ərazisini idarə etdiyi tarixi dövr. İran Misirinin tarixi üç dövrə bölünür: Əhəməni Misiri (e.ə. 525–404 və e.ə. 343–332 BC) — müstəqillik intervalı ilə bölünmüş, Əhəmənilər dövləti hakimiyyətini əhatə edən iki tarixi dövr. Onlar: İyirmi yeddinci sülalə (e.ə. 525–404), həmçinin Birinci Misir satraplığı. Otuz ikinci sülalə (e.ə. 343–332), həmçinin İkinci Misir satraplığı. Sasanilərin Misirə yürüşü (619–629) — Sasanilər imperiyasının Misiri işğal etdiyi dövr. Həmçinin, Sasani Misiri də adlanır.
Orta qədim dövr (Misir)
Orta padşahlıq ya Orta dövr Qədim Misirin (e.ə. təqr. 2050-e.ə. təqr.1750 bəzi mənbələrdə e.ə. 2137-1781) XI-XII bəzi mənbələrdə XI-XIII (Manefon) sülalələr dövrünü əhatə edir. Bu dövrdə Misir yenidən güclü mərkəzləşmiş dövlətə çevrildi. XII sülalə fironları Nubiya, Sinay y-a və Cənubi Fələstinin bir sıra vilayətlərini zəbt etdirlər. Bu zaman Suriya, Mesopotamiya, Punt və Nubiya ilə ticarət əlaqələri genişlənmiş, sənətkarlıq, ağac emalı və toxuculuq inkişaf etmişdir. Bu dövrdə ziddiyyətlər, üsyanlar mərkəzləşmiş firon hakimiyyətini zəiflədərək ayrı-ayrı nomların siyasi əhəmiyyətini artırmış olur. E.ə.
Qədim Misir tanrılarının siyahısı
Qədim Misir tanrılarının siyahısı — qədim misirlilərin ibadət etdiyi tanrıların, va fövqəltəbii mifik varlıqların siyahısıdır. Misir inanclarında çoxlu tanrılar və fövqəltəbii mifik varlıqlar olmuşdur. Onların təsvir edərkən heyvan bədənlərinin müxtəlif hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə edirdilər. Bu siyahıda onların bəziləri verilmişdir. Qədim Misir tanrıları Qədim Misir Əski Misir tanrıları // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri. Рак. И. В. Египетская мифология. Издание второе, переработанное и дополненное. СПб.: «Журнал “Нева”», «Летний сад», 2000.
Ölülər kitabı (Qədim Misir)
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbirüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur.
Misir
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Mastabat al-Firon
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.
Şəxsi ad (firon)
Şəxsi ad — Qədim Misirdə hökmdara anadan olarkən verilən ad, beş firon titulundan birincisi. Adətən adın önündə "Ra oğlu" kəlməsi ördək ("za") və günəş ("Ra") heroqliflərilə göstərilir. İlk dəfə IV sülalə zamanında tətbiq edilmişdir. Bu da fironun günəş tanrısı Ranın nümayəndəsi olduğunu göstərir. Qadın fironlar üçün bu heroqliflər "Ra qızı" kimi interpretirasiya olunur. Ördək ("za") və günəş ("Ra") heroqliflərinin ardınca şəxsi ad kartuşun içində heroqliflərlə göstərilir.
Əl-firon (mastaba)
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Elam hökmdarlarının siyahısı
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elxani hökmdarlarının siyahısı
Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur. == Siyahı == Hülakü xan (1256-1265) Abaqa xan (1265-1282) Əhməd Təkudar xan (1282-1284) Arqun xan (1284-1291) Keyxatu xan (1291-1295) Baydu xan (1295) Sultan Mahmud Qazan xan (1295-1304) Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1316) Əbu Səid Bahadur xan (1316-1335) Sultan Musa xan (1336-1337) Məhəmməd xan (1336-1338) Sultan Satıbəy xatun (1338-1339) Süleyman xan (1339-1343) Cahan Teymur (1339-1340) II Qazan xan (1356-1357) == Dinləri == Hülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir. Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir. Arqun xan vəftiz edilsə də buddist idi. Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi. Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.